Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində iyulun 17-də batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti tapılıb.
Bu barədə Denmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən şəxsin meyiti batdığı yerdən təxminən 40 km aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.

