Aktrisa Selin Şekerci Harbiye Açıkhava Səhnəsində keçirilən Şevval Sam konsertində kameralar qarşısına çıxıb.
Uzun müddətdir ev axtarışı ilə sosial şəbəkələrdə də gündəmə gələn Şekerci nəhayət istədiyi evi tapdığını açıqlayıb.
Lakin aktrisa bu dəfə də evdə aparılan təmir işlərinə görə köçə bilmədiyini bildirib.
Təxminən 6 aydır davam edən “evsizlik” vəziyyətinin hələ də bitmədiyini deyən Şekerci yaşadığı çətin prosesi danışıb.

