Hindistanda ilk tamştatlı işinə başlayan gənc əməkdaşın yaşadığı hadisə iş yerlərində nəzarət və “mikromenecment” mövzusunu yenidən gündəmə gətirib.
Gənc işçi iş vaxtının bitməsinə təxminən 10 dəqiqə qalmış, saat 17:43-də ofisdən ayrılıb. Qısa müddət sonra isə müdirindən WhatsApp vasitəsilə “Bu gün saat neçədə çıxdın?” mesajını alıb.
O, baş verənləri Reddit-də paylaşaraq bunun normal davranış olub-olmadığını soruşub və yazışmanın ekran görüntüsünü yayımlayıb.
Əməkdaş iddia edib ki, rəhbərlər bəzən bir saata qədər, digər işçilər isə 30 dəqiqəyədək fasilə verdikləri halda, yalnız onun 10 dəqiqə tez çıxması sorğu-sual edilib. O, həmçinin işlə bağlı xərclərin geri ödənilməsinin şirkət tərəfindən 17 gün gecikdirildiyini bildirib.
Paylaşım sosial şəbəkədə geniş müzakirə yaradıb. Bir çox istifadəçi müdirin davranışını “mikromenecment” kimi qiymətləndirib. Digərləri isə iş vaxtına riayət olunmasının işəgötürənin normal tələbi olduğunu müdafiə edib.
Hadisə iş yerlərində əməkdaşlara nəzarətin sərhədləri və sağlam iş mədəniyyəti ilə bağlı yeni mübahisələrə səbəb olub.

