Azərbaycan ədəbiyyatının iftixarı olan görkəmli şair Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli sərəncamına uyğun olaraq ümumitəhsil müəssisələrində Füzuli yaradıcılığına həsr edilmiş silsilə tədbirlər, dəyirmi masalar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, eləcə də incəsənət xadimləri ilə görüşlər keçirilir.
"Den.az" xəbər verir ki, Məhəmməd Füzuli yaradıcılığına həsr edilmiş növbəti dəyirmi masa Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Əliağa Vahid adına Masazır kənd 1 nömrəli tam orta məktəbdə keçirilib.
Dəyirmi masa ətrafında məktəbin müəllim və şagird kollektivi toplanıb.
Dəyirmi masada şagirdlərin inşa yazıları səsləndirilib, çəkdikləri rəsmlər nümayiş olunub.
Şagirdlərə Füzuli yaradıcılığı haqqında məlumat verilib.Bildirilib ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir.
Məktəbin direktoru Etibar Orucov öz çıxışında vurğulayıb ki, keçirilən layihənin məqsədi şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.
Şahnaz Əliyeva
Den.az
Masazır kənd 1 nömrəli tam orta məktəbdə Məhəmməd Füzulinin 530 illiyi qeyd edilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.