27 
okt
2023
16:39
285

Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə iki sinif şəhid Rauf İbadovun adına verilib-FOTO/VİDEO

27 okt, 2023
16:39
285

Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə iki sinif şəhid Rauf İbadovun adına verilib-FOTO/VİDEO

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə 44 Günlük Vətən müharibəsi şəhidi Rauf İbadovun anım günü münasibəti ilə tədbir təşkil olunub. 

"Den.az" xəbər verir ki, şəhid valideynlərinin və məktəbin pedeqoji kollektivinin iştirak etdiyi tədbirdə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid Rauf İbadovun keçdiyi döyüş yoluna nəzər salınıb. Tədbirdə şəhidin atası Məhərrəm İbadov, Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Səkinə Ababsova və digərləri çıxış edərək, 44 Günlük vətən savaşında düşmənə vurulan ağır zərbədən , 30 illik həsrətə necə son qoyulmasından ətraflı bəhs ediblər. 

Məktəbin şagirdləri vətənimizə,şəhidlərimizə həsr etdikləri şeirləri səsləndirib, mahnılar ifa edib, eləcə də şəhid Rauf İbadovun şəhidlikdən öncə qələmə aldığı kəlamlarını dilə gətiriblər.

Bildirilib ki, Saray qəsəbəsinin mərd oğlu , Şəhid Rauf İbadov Suqovuşan ətrafında gedən döyüşlərdə ilk günlərdən göstərdiyi qəhrəmanlığa görə fərqlənir. Gənc olmasına baxmayaraq döyüş tapşırıqlarını yüksək hərbiçi peşəkarlığı ilə yerinə yetirən Rauf İbadov hələ döyüşlər zamanı igidliyinə görə elə səngərdə gizir rütbəsi alır. Suqovuşan ətrafında yaralı yoldaşını 20 km çiynində döyüş meydanından uzaqlaşdıran bu cəsur döyüşcü xatirələrdə əbədi olaraq qəhrəman gizir kimi yaşayacaq.

Məlumat üçün bildirək ki, Rauf İbadov 2020-ci il iyul ayındakı Tovuz döyüşləri zamanı hərbi xidmətdə könüllü olaraq qeydiyyata düşüb. Sentyabr ayının 27-dən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə manqa komandiri təyin olunub. O, oktyabrın 23-də Laçın ərazisində mühasirəyə düşdükləri zaman bir neçə düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Oktyabrın 30-da Saray qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasina görə” medalları ilə təltif edilib.

Xüsusi ilə vurğulayaq ki, Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə iki sinif şəhid Rauf İbadovun adına verilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar