2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə avqustun 5-dən yeni növbələrin yaradılması prosesi müvəqqəti dayandırılacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qrupların komplektləşdirilməsindən sonra qalan boş yerlərə uşaqların qəbulu il ərzində davam etdiriləcək.
Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul “mygov” portalı vasitəsilə elektron formada həyata keçirilir.

