Dərinin sağlamlığını və gənc görünüşünü qorumaq üçün gündəlik qidalanmaya xüsusi diqqət yetirmək lazımdır.
Bu barədə “Zdorovye Mail” nəşrinə danışan dermatoveneroloq Olqa Nikolayzen bildirib.
Həkimin sözlərinə görə, dərinin vəziyyətini yaxşılaşdırmaq üçün faydalı yağlarla zəngin qidalara üstünlük verilməlidir. Bunlara kərə yağı, avokado, qoz-fındıq və müxtəlif toxumlar daxildir.

Mütəxəssis rasionda mürəkkəb karbohidratların və zülalların da mühüm yer tutduğunu vurğulayıb. Qidalanmada tam taxıllı məhsullar, lif, vitamin və mikroelementlərlə zəngin tərəvəz və meyvələrə yer ayrılmalıdır.
Dərinin sağlamlığında omeqa-3 yağ turşuları da mühüm rol oynayır. Bu maddələr yağlı balıqlarda, kətan toxumunda və qozda mövcuddur.
Həkim orqanizmin su balansını qorumağı da tövsiyə edib. Onun sözlərinə görə, kifayət qədər su qəbul etmək dərinin elastikliyinin saxlanmasına və quruluğun qarşısının alınmasına kömək edir.

