Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunan tədbir keçirilib.
"Den.az" xəbər verir ki, tədbirdə məktəbin pedeqoji kollektivi ilə yanaşı şəhid ailələri və qazilər iştirak ediblər.
Məktəbin direktoru Arifə Balakişiyeva qonaqları salamlayaraq, qarşıdan gələn Zəfər Günü ilə bağlı hər kəsi təbrik edib və tariximizin müasir dövrünün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşımıza yeni hədəflər və prioritetlər qoyduğunu bildirib. Arifə Balakişiyeva, eyni zamanda belə tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra şagirdlərin çıxışları dinlənilib. Şagirdlərin ifasinda ədəbi-bədii kompozisiyalar təqdim edilib.Kompazisiyalar iştirakçıları duyğulu anlar yaşadıb. Bildirilib ki, “3 il öncə Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri nəhayət ki, eşitmək bizə nəsib oldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü və uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Biz Zəfərimizi tamamladıq, bütövləşdik. Bu gün keçirilən və eləcə də bu səpkidə olan tədbirlərin şagirdlər üçün əhəmiyyəti böyükdür. Şəhid anası çıxışında qeyd edib ki, 44 günlük müharibə, istər Azərbaycan istər dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Tədbirdə Ulu Öndər Heydər Əliyevə, Xırdalan şəhidlərinə və “Zəfərimiz Əbədidir” adlı videoçarx nümayiş olunub.
Sonda şagirdlərin Zəfər Gününü ilə bağlı möhtəşəm fləşmobu olub.