noy
2023
23:37
188

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə “Zəfər Günü” qeyd edilib-VİDEO

6 noy, 2023
23:37
188

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə “Zəfər Günü” qeyd edilib-VİDEO

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə  8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub.

Bu barədə “Den.az”-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Tədbirdə Təhsil şöbəsinin əməkdaşları , məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar Ermənistanın yenidən təxribatlara başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün Vətən müharibəsinə başlayıb. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməklə təcavüzkar Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Bu ədalətli savaşımızda hər biri bir qəhrəman olan oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda canından keçdi. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Məhz bunun nəticəsidir ki, bu gün Ölkəmizin hər yerində 8 Noyabr Zəfər günü möhtəşəm şəkildə qeyd edilir. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar