Yaxın Şərqdə ABŞ hərbçilərinin sayı 50 mini ötüb.
The New York Times nəşrinin yazdığına görə, adətən bölgədə təxminən 40 min amerikalı hərbçi yerləşdirilirdi, lakin İranla münaqişənin başlanmasından sonra bu rəqəm 50 mindən çox olub.
“Hərbçilərin sayı 50 mini keçib”
Qeyd olunur ki, bu statistikaya təmir üçün Krit adasında olan “Gerald R. Ford” aviadaşıyıcısındakı 4,5 min hərbçi daxil deyil.

