ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin başa çatdırılacağına yenidən əminliyini ifadə edib.
O, Sülh Şurasının iclasında çıxışı zamanı bildirib:
“Səkkiz müharibəni bitirmişik və düşünürəm ki, doqquzuncunu da bitirəcəyik.”
Tramp əvvəllər Ukrayna münaqişəsinin digər müharibələrdən daha asan həll olunacağını düşündüyünü xatırladıb, lakin vurğulayıb ki, müharibə ilə bağlı heç vaxt nəyin asan, nəyin çətin olacağını əvvəlcədən bilmək mümkün deyil.
Rusiya–ABŞ–Ukrayna formatında üçüncü danışıqlar raundu fevralın 17–18-də Cenevrədə keçirilib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff müəyyən irəliləyiş əldə olunduğunu bildirmişdi. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski isə görüşləri “çətin, lakin işgüzar” adlandırıb və növbəti raundun yaxın vaxtlarda keçiriləcəyini açıqlayıb.

