İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən “Amazon” şirkətinə məxsus məlumat emalı mərkəzini məhv etdiyini bildirib.
Bu barədə ISNA agentliyi İran hərbçilərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
SEPAH-ın bəyanatında bildirilir ki, Bəhreyndəki ABŞ şirkəti “Amazon”un məlumat mərkəzi infrastrukturuna bir neçə qanadlı raketlə zərbə endirilib və obyekt məhv edilib.
Korpusun məlumatına görə, hücumlar ABŞ-nin Darxoveyndə tikilməkdə olan atom elektrik stansiyası obyektlərinə və mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

