İranın Xuzistan əyalətində tikilməkdə olan Darxovin Atom Elektrik Stansiyasının ABŞ tərəfindən vurulduğu iddia edilib.
Bu barədə İranın Atom Enerjisi Təşkilatının bəyanatına istinadən ölkənin dövlət teleradiosu məlumat yayıb.
Bəyanatda ABŞ-nin tikilməkdə olan atom elektrik stansiyasına bir neçə mərmi ilə zərbə endirdiyi bildirilib.
“ABŞ Darxovin Atom Elektrik Stansiyasına hücum edərək beynəlxalq hüquqa zidd təcavüzkar və qəddar addım atıb”, – təşkilatın açıqlamasında qeyd olunub.
İran tərəfi hücumu beynəlxalq norma və hüququn pozulması kimi qiymətləndirib.
Hadisənin stansiyaya vurduğu ziyanın miqyası və mümkün fəsadları barədə hələlik ətraflı məlumat verilməyib.

