Abşeron yarımadasında baş verən güclü külək bir sıra ciddi fəsadlara səbəb olub.
Den.az xəbər verir ki, xüsusilə Ceyranbatan qəsəbəsində Atatürk parkında küləyin təsiri ilə bir çox ağac kökündən çıxıb, elektrik xətləri zədələnib və bir sıra maddi zərərlər meydana gəlib.
Ceyranbatan qəsəbəsində baş verən güclü külək nəticəsində bir çox ağac kökündən çıxaraq yolları bağlayıb. Təhlükəsizlik baxımından qəsəbə İcra nümayəndəliyi və bələdiyyəsi tərəfindən dərhal tədbirlər görülərək təmizlənmə işlərinə başlanılıb.
Külək səbəbindən Ceyranbatan qəsəbəsində elektrik xətləri də zədələyib. Bu, bir sıra ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Hazırda aidiyyatı qurum tərəfindən elektrik xidmətləri tərəfindən təmir işləri davam etdirilir və ən qısa zamanda elektrik təminatının bərpa olunması gözlənilir.
Abşeron yarımadasında baş verən bu təbii fəlakət, bölgənin hava şəraitinin nə qədər dəyişkən və təhlükəli ola biləcəyini bir daha göstərdi. Vətəndaşlara bu cür hallarda diqqətli olmaları və təbii fəlakətlərə qarşı hazırlıqlı olmaları tövsiyə olunur.
Fərhad Ələkbərli
Den.az