Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobildə yanğın hadisəsi baş verib.
“Den.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “HYUNDAİ” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, habelə yaxınlıqda park edilmiş digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və mühərriki yanıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.