ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başlanmasına görə məsuliyyəti Tehranın üzərinə qoyub.
Tramp bu barədə Missisipi ştatında keçirilən seçki mitinqində çıxışı zamanı danışıb.
“İranla müharibəni biz başlamadıq. Müharibəni İran bizə qarşı başladı”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp növbəti dəfə İranın nüvə silahı hazırlamağa çox yaxın olduğunu iddia edib.
“Düşünmürəm ki, başqa seçimimiz var idi. Onların nüvə raketi hazırlamasına cəmi iki həftə qalmışdı. İran dünyada terrorizmi dəstəkləyən bir nömrəli dövlət hesab olunur”, – deyə o vurğulayıb.
ABŞ lideri İranla daha əvvəl əldə edilmiş atəşkəs razılaşmasını da tənqid edərək bunu “vaxt itkisi” adlandırıb.
“Kiçik bir atəşkəs əldə etdik, amma əvvəldən bu razılaşma mənim o qədər də xoşuma gəlmirdi. Nəzakətli davranmaq istəyirik, lakin məncə, bu, vaxt itkisi idi”, – deyə Tramp söyləyib.

