İsraildə parlament seçkiləri davam edərkən Baş nazir Benyamin Netanyahu səsvermə ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Rəy sorğularında rəqibi Qadi Ayzenkotdan geri qaldığı bildirilən Netanyahu seçki məntəqələri açıq olduğu vaxt yayımladığı videomüraciətdə “Seçkiləri əlimizdən almağa çalışırlar” deyə bildirib.
Baş nazir ərəb seçicilərin kütləvi şəkildə səsverməyə qatıldığını iddia edərək tərəfdarlarını fəal olmağa çağırıb. O, seçicilərinə müraciətində vəziyyəti “fövqəladə” adlandırıb.
Bu arada, seçkilərdə iştirak göstəricisi son onilliklərin ən yüksək səviyyəsinə çatıb. Günorta saatlarına olan məlumata görə, seçici fəallığı 31,5 faiz təşkil edib.
Bildirilib ki, bu, 1977-ci ildən bəri həmin saat üçün qeydə alınan ən yüksək iştirak göstəricisidir.




