Yevlaxda 37 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində yerləşən "Həmdəm" hotelində baş verib.
Hoteldə qalan 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimli dərmandan zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ölən şəxsin vəkil olduğu, "Fortiori" vəkil bürosunda çalışdığı bildirilir.


