Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər idarəsinin qüvvələri cəlb olunub. Ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli evdə baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları yanaraq zərər görüb.
Yanğın zamanı xəsarət alan olmayıb.

