Rusiyanın sabiq ədliyyə nazirinin müavini Sergey Tropin Moskvanın mərkəzində yerləşən mənzilində ölü tapılıb.
Bu barədə RİA Novosti mənbələrə istinadən xəbər verir.
İlkin məlumata görə, sabiq məmur öz hamamında boğularaq həyatını itirib. Telegram kanalı Mash yazır ki, Tropinin cəsədi Moskvanın Presnenski rayonunda yerləşən mənzilində aşkarlanıb. Ekspertlər hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığını araşdırırlar.
RİA Novosti yazır ki, ölüm kriminal xarakter daşımır.
Hazırda Sergey Tropinin ölümü və səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, o, 1996–1997-ci illərdə Rusiyanın ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.

