Noyabrın 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11–14, gündüz 18–23 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75–80, gündüz isə 60–65 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir.
Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 11–16, gündüz 19–24 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5–10, gündüz 12–17 dərəcə isti olacaq.

