Türkiyəli məşhur müğənni Sinan Akçıl bu il rəngarəng görüntülərlə yadda qalan Halloween (Cadugərlər bayramı) şənliklərinə sərt reaksiya verib.
Müğənni sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bayram görüntülərinə münasibət bildirərək bu ənənənin türk mədəniyyətinə yad olduğunu vurğulayıb.

“Bizə aid olmayan adətimiz və bayramımız artıq başa çatıbsa, üzlərini yuyub evlərinə qayıtsınlar”, – deyə Sinan Akçıl bildirib.
Məşhur ifaçı Halloween şənliklərinin türk mədəniyyətində yeri olmadığını müdafiə edərək bu cür tədbirlərə qarşı mövqeyini ortaya qoyub.
Onun açıqlaması qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilib.

