“Araz Supermarket” mağazalar şəbəkəsinin filiallarından birində məhsulun qiymət etiketində göstəriləndən daha baha satıldığı aşkarlanıb.
Bu hal Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin apardığı yoxlama zamanı müəyyən edilib.
Bildirilib ki, şirkətin fəaliyyətində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tələblərinin pozulması əlamətləri aşkar olunub.
Yoxlamanın nəticələrinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilib.

