Kıbrısda Ercan Hava Limanında keçirilən təhlükəsizlik yoxlaması zamanı bir sərnişinin baqajında qanunsuz şəkildə daşınan 4 insan embrionu aşkarlanıb.
Məlumata görə, embrionlar sərnişinin baqajındakı kriogen qabda tapılıb. Onların lazımi rəsmi icazələr olmadan ölkədən çıxarılmaq istəndiyi bildirilir.
Hadisə insan toxumalarının beynəlxalq daşınması və reproduktiv texnologiyalara nəzarət məsələlərini yenidən gündəmə gətirib.
Embrionların kimə məxsus olduğu və hara aparıldığı hələlik dəqiqləşməyib.
Faktla bağlı genişmiqyaslı araşdırma başladılıb.

