ABŞ-ın Pembrok-Payns şəhərində yerləşən Nort-Perri hava limanında helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə NBC 6 telekanalına yanğınsöndürmə xidmətinin nümayəndələri məlumat veriblər.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra xilasedici qruplar hava limanına cəlb olunub. Onlar hadisə yerində orta dərəcədə zədələnmiş helikopter aşkar ediblər.
Pilot və sərnişinlər xilasedicilər gələnədək helikopteri tərk edə biliblər.
Federal Aviasiya Administrasiyası bildirib ki, Robinson R44 markalı helikopter hava limanından qalxarkən qəzaya uğrayıb. Helikopter çevrilərək dayanacaqda olan təyyarəyə çırpılıb.
Hava limanındakı iki mənbənin məlumatına görə, insidentdə iştirak edən pilot Sky Helicopter Tours şirkətində çalışır.

