Yaxşı iştaha və nikbinlik uzunömürlülüyə töhfə verir, — bunu 100 yaşlı çinli qadın Çjun Venyuynun qızı, qidalanma mövzusunda bloq aparan şəxs bildirib. Onun sözlərinə görə, anası həmişə zamanla ayaqlaşmağa və müasir trendlərdən geri qalmamağa çalışır.
Bu barədə South China Morning Post yazır.
Qeyd olunur ki, qadın ətrafdakılardan heç vaxt şikayət etmir və kompüter oyunları oynayaraq, seriallara baxaraq həyatdan zövq alır. Dişlərinin olmamasına baxmayaraq, bloqer müxtəlif yeməklər yeyir və tez-tez restoranlara gedir. Çinli qadın may ayında, nəvəsinin internetdə xərçəng yeməsi ilə bağlı video paylaşmasından sonra geniş tanınıb.

