Sumqayıt şəhərində minik avtomobili yanıb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində yerləşən park ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobildə qəfil yanğın başlayıb. Sürücü vaxtında avtomobili tərk edərək xilas ola bilib. Lakin alov qısa müddətdə avtomobili bürüyüb və nəqliyyat vasitəsi yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi ilə alovun qarşısı alınıb.
İlkin məlumata görə, yanğına avtomobildə yaranan texniki nasazlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

