Bakıda maşın piyadanı vuraraq öldürüb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Vasif Aslanovun idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçməyə çalışan Samir Rzayevi vurub.
Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

