Bakının Sabunçu rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Denmedia.az “Report”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Elvin Tofiq oğlu Cəlilovun idarə etdiyi “Mercedes E 200” markalı avtomobil Sabunçu qəsəbəsi ərazisində 1966-cı il təvəllüdlü Mehriban Bəşir qızı Nağıyevanı vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

