Pirallahıda avtobus piyadanı vuraraq öldürüb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, 61 yaşlı İlqar Şabanov idarə etdiyi "İsuzu" markalı avtobus ilə Pirallahı qəsəbəsi, "Abşeronneft" NQÇİ-nin ərazisində geri hərəkət edərkən 57 yaşlı Pirallahı rayonu sakini Teyyub Məmmədovu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.

