Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur.
Den.az xəbər verir ki, bunu Report-a "Konstitusiya Araşdırmaları Fondu"nun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Ekspert "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliklərdən sonra yaranan bir sıra suallara aydınlıq gətirib.
Ə.Nuriyev xatırladıb ki, qanunun geriyə qüvvəsi yoxdur və dəyişikliklər bundan sonrakı müddətdə olacaq çağırışçılara şamil ediləcək.
"Dəyişikliklər imzalanandan sonra hərbi xidmətə çağırılan şəxslərə şamil olunur. Yəni, qanun qəbul ediləndə əvvəldən xidmətə çağırılmış şəxslər çağırışçı yox, hərbi qulluqçu idilər. Qanunun subyekti hərbi qulluqçular yox, çağırışçılar olduğundan dəyişiklik hərbi qulluqçulara aid edilməyəcək".
Hüquqşünas əlavə edib ki, Prezident qanuna dəyişikliyi təsdiqlədikdən sonra və onun icra mexanizmləri hazırlanan müddətdə 31-35 yaşlı şəxs hərbi xidmətə çağırılıb və xidmətə başlayıbsa, bunu məhkəmə qaydasında mübahisələndirə bilər.
Qeyd edək ki, adıçəkilən qanunlara dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşı 35-dən 30-a endirilib. Buna müvafiq olaraq hərbi xidmətdə olma yaşı 36,5-dan 31,5-a qədər azaldılıb. Məhz bu dəyişiklik hazırda hərbi xidmət keçən 31,5 yaşdan yuxarı şəxslərdə və onların ailə üzvlərində suallar yaradıb. Belə ki, həmin şəxslərin qanunda dəyişikliklər təsdiqləndikdən sonra tərxis olunmaları gözlənilirdi.
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.