İran ABŞ və İsraillə əlaqəli şirkətlərə məxsus gəmilərin siyahısını hazırlayıb və onların potensial hədəf ola biləcəyini açıqlayıb. Bu barədə RIA Novosti-yə Misirdəki İran diplomatik missiyasının rəhbəri Möctəba Ferdousipur bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrailə yardım edən şirkətlərə məxsus gəmilər barədə məlumatlar toplanıb.
“Bizdə ABŞ və İsrailə kömək edən şirkətlərə məxsus gəmilər barədə məlumatlar var”
Diplomat qeyd edib ki, İranın Kəşfiyyat Nazirliyi bu məlumatları Milli Təhlükəsizlik Şurasına ötürür, qurum isə onları təsdiqlədikdən sonra silahlı qüvvələrə təqdim edir.
Bundan əvvəl İran BMT-nin Beynəlxalq Dəniz Təşkilatına məlumat verib ki, Tehranın düşmən hesab etmədiyi ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilər.

