Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə münasibətlərində gərginlik yarandığı iddia olunur.
Bu barədə siyasi analitik Aleksandr Merkuris “YouTube” kanalında danışıb.
Onun sözlərinə görə, Kallas Rusiyayla aparılacaq danışıqlarda Aİ-ni təmsil etmək istəyib, lakin Ursula fon der Lyayendən dəstək görməyib.
“Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas arasında fikir ayrılıqları və qarşılıqlı narazılıqlar olduğu barədə məlumatlar yayılıb”, – deyə analitik bildirib.
Merkurisin fikrincə, Dublində keçirilən görüşdə Rusiyayla danışıqlar aparacaq nümayəndələrin seçilməsi zamanı Kallasın namizədliyinin nəzərə alınmaması onu məyus edib.
Analitik hesab edir ki, Kallas tutduğu vəzifəyə görə Aİ adından Rusiya ilə danışıqlar aparmalı olan əsas şəxsdir.

