AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəisi hələ müəyyənləşməyib. Beş ilə yaxın müddətdə bu vəzifəni tutmuş Firuz Abdullanın artıq «Səbail»də çalışmağa başlamasından xəbərdarsız. Buna kimi klubun Müşahidə Şurasının üzvü olmuş F.Abdulla icraçı direktor postunda Fərəc Əliyevi əvəzləyib.
Federasiyada vakant qalan yerə isə bir neçə namizəd var. F.Abdulla özündən sonra Törə Əhmədovanı o pastda görmək istəsə də, baş katib Sərxan Hacıyev razılaşmayıb. Ötən ilin mayında federasiyanın bavşına keçmiş S.Hacıyev «Səbail»in sabiq mətbuat katibi ilə yanaşı, daha 2 nəfərin namizədliyini qəbul etməyib.
Elxan Məmmədovdan fərqli olaraq, Sərxan Hacıyev media ilə münasibətlərə həssas yanaşır. Ümumiyyətlə, yeni baş katib E.Məmmədovun əksər kadrları ilə çalışmağa maraq göstərmir. Onlara elə üz də göstərmir. O, AFFA-ya yeni simalar cəlb etmək istəyir.
Firuz Abdullanın «Səbail»ə gedişinin baş katibi üzməsini deyə bilmərik. Bəlkə də ürəyincə olub. Biz son vaxtlar bu ikilini bir yerdə az-az görürdük. Abdulla həmişə Məmmədovun sağ-solunda idisə, Hacıyev əksər hallarda onun müşayiəti olmadan ictimaiyyət arasına çıxırdı. Anlaşılan bu idi ki, araları o qədər də yaxın deyil, münasibətləri sərindir.
Elxan Məmmədovla keçmiş müavininin əlaqələri əvvəlki səviyyəsində qalsaydı, yəqin ki, Firuz Abdulla hələ də AFFA-da idi, «Səbail»ə getməyəcəkdi. Vaxtında tərpəndi, keçid etdi. Hər halda bura da ona doğma yer kimidir. Necə də olmasa, 2016-cı ilin yayından - klubun yaradıldığı tarixdən onun içindədir. Digər tərəfdən, Elxan Məmmədovun sözü hələ də «Səbail»də keçərlidir. 13 aydır FİFA-nın Paris ofisində çalışan AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi digər klubları itirmək məcburiyyətində qalsa da, «Səbail»ə nəzarəti əlindən buraxmayıb.
Sərxan Hacıyev Elxan Məmmədovun kadrlarını daha AFFA-da görmək istəmir…
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.