Azərbaycanın “Kəpəz” futbol klubu ilə komandanın müdafiəçisi Cefferson arasında böhran davam edir.
Braziliyalı futbolçu Gəncə təmsilçisinin düşərgəsinə qayıtmaqdan imtina edir, Azerisport xəbər verir. Klub 22 yaşlı futbolçuya ultimatum irəli sürüb: ona 16 yanvar tarixinədək vaxt verilib. Əgər həmin günə qədər geri qayıtmasa və ya qayıdış tarixi barədə məlumat verməsə, “Kəpəz” Ceffersonla bağlı FİFA-ya şikayət etməyi planlaşdırır.
Qeyd olunur ki, braziliyalı futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

