Aziz Yıldırım yenidən “Fənərbaxça”nın prezidenti seçilib.
Yeni Şafak yazır ki, klubun növbədənkənar seçkili ümumi yığıncağında keçmiş prezident Aziz Yıldırım rəqibi Hakan Safini məğlub edərək yenidən İstanbul təmsilçisinin rəhbəri olub.
Səsvermənin nəticələrinə əsasən, Aziz Yıldırım 17 245, Hakan Safi isə 9927 səs toplayıb.
Beləliklə, Aziz Yıldırım uzun fasilədən sonra yenidən “Fənərbaxça”nın idarəçiliyinə qayıdıb. O, daha əvvəl 1998-2018-ci illərdə klub prezidenti olub və bu dövr Türkiyə futbolunda “Fənərbaxça”nın ən yadda qalan mərhələlərindən biri kimi qiymətləndirilir.

