Fransa və İtaliya yığmaları arasında keçiriləcək Millətlər Liqası matçına futbol azarkeşləri cəmi bir sutka ərzində 80 min bilet alıblar.
RMC Sport-un məlumatına görə, qarşılaşma Zinəddin Zidanın məşqçi kimi debüt matçı olacaq. Məhz bu səbəbdən oyuna marağın son dərəcə yüksək olduğu bildirilir.
Biletlərin satışına 31 iyulda başlanılıb. Lakin artıq 1 avqustda bütün biletlər tükənib və onları əldə etmək mümkün olmayıb.
Fransa millisi İtaliya yığmasını doğma meydanda — ölkənin ən böyük stadionu olan “Stad de Frans”da qəbul edəcək.

