Ərzaq qiymətləri indeksi mart ayında 2,4% artaraq 128,5 bənd təşkil edib.
Bu barədə Reuters BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-nın məlumatlarına istinadən yazır.
Bu artım Yaxın Şərqdəki münaqişə fonunda enerji daşıyıcılarının bahalaşması ilə əlaqələndirilir.
FAOnun aylıq olaraq dünya bazarında ticarət olunan ərzaq məhsulları səbətinin qiymətlərini izləyən indeksi mart ayında orta hesabla 128,5 bənd olub ki, bu da fevral ayı ilə müqayisədə 2,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1% daha yüksəkdir.

