Dietoloq Vi Cey Hamilton Daily Mail nəşrinə açıqlamasında bəzi içkilərin, xüsusilə qazlı içkilər və spirtli məhsulların, saçların tökülmə prosesini ciddi şəkildə sürətləndirdiyini bildirib.
Mütəxəssisin sözlərinə görə, şirin qazlı içkilər saç sağlamlığı üçün ən təhlükəli içkilərdir. Həftədə 11-dən çox banka limonad içmək orqanizmdə sistemli iltihaba səbəb olur ki, bu da saç follikullarına zərər vurur.
Hamilton əlavə edib ki, spirtli içkilər də bərbad təsir göstərir: onlar bədəni susuzlaşdırır, baş dərisinin qan dövranını pozur və nəticədə saçlar incəlir, daha sürətlə tökülür.