Maltanın paytaxtı Valletta dünyanın ən gözəl paytaxtı seçilib.
DenMedia.az xəbər verir ki, bu barədə “Condé Nast Traveller” jurnalı məlumat yayıb.
Jurnalın 182 mindən çox oxucusu səs verərək şəhərin mədəniyyətini, mətbəxini və qonaqpərvərliyini yüksək qiymətləndirib:
“Valletta 100 baldan 97,33 bal toplayıb”.
Qeyd edək ki, Valletta 16-cı əsrdə Malta Cəngavərləri tərəfindən qurulub. 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.