Corriere della Sera yazır ki, brendin top-meneceri Cüzeppe Marsoççi (Giuseppe Marzocci) yaxın vaxtlarda Armani Moda Evini idarə edə bilər.
62 yaşlı Marsoççi şirkətdə 20 ildən çoxdur çalışır, o, Amerika filialına rəhbərlik edib və sonradan qlobal kommersiya direktoru və baş direktor müavini vəzifəsinə yüksəlib.
Rəsmi təsdiq olmasa da, məlumatlara görə, şirkətin bir çox tərəfdaşları onun Armani-nin başına keçməsini istəyir. Qərarın Direktorlar Şurasının növbəti iclasında elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, Ciorcio Armani sentyabrın 4-də, 91 yaşında vəfat etmişdi. Onun vəsiyyətinə əsasən, şirkətin 15%-i 18 ay ərzində, daha sonra isə 30–54,9%-i 3–5 il ərzində satılmalıdır.
Dizayner L’Oreal, LVMH və EssilorLuxottica kimi lüks sənayesinin nəhənglərini potensial alıcılar kimi göstərmişdi.