Bu qışın dəbində safir mavisi, mavi, qırmızı, albalı və şokolad tonları olacaq.
Denmedia.az xəbər verir ki, bunu “Radio 1”ə müsahibəsində stilist Anna Skoroxodova bildirib. O vurğulayıb ki, bu mövsümdə dəbdə parlaq deyil, dərin və dolğun rəng palitrası olacaq.
“Ən çox tələb görənlər zərif və aristokratik çalarlar olacaq. Məsələn, qəhvənin bütün tonları — kofe, kömür və şokolad rəngləri. Həmçinin, bu qış qırmızı, albalı və çili rəngləri də ön planda olacaq. Və əlbəttə, mavi və safir tonları,” — deyə Skoroxodova qeyd edib.
Stilist diqqətə çatdırıb ki, bu qış geometrik və sərt siluetlər trenddə olacaq. Onun fikrincə, bu cür geyim formaları bədəni daha zərif və nizamlı göstərməyə kömək edir.