Son siqaretdən cəmi 20 dəqiqə sonra ürək döyüntülərinin tezliyi normaya qayıdır və ürəyin işi yüngülləşir.
Bu barədə həkim Ana Peres Ballesta bildirib. Məlumatı 20minutos yayıb.
Mütəxəssisin sözlərinə görə, 24 saat ərzində qanda dəm qazının səviyyəsi iki dəfə azalır, oksigenin miqdarı artır və bu da infarkt riskini aşağı salır.
Siqaretdən imtinanın təsiri bununla bitmir. 48 saatdan sonra qoxu və dad hissi güclənir. Bir neçə həftə ərzində isə ağciyərlərin fəaliyyəti təxminən 10 faiz daha effektiv olur.
Uzunmüddətli perspektivdə siqaretdən uzaq qalmaq insult və bir sıra onkoloji xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır.

