Bütün tərəvəzlər istilik emalından sonra eyni dərəcədə faydalı olmur. Bəziləri qızardıldıqda faydasını itirir, bəziləri isə hətta zərərli maddələr əmələ gətirir.
Kartof
Ən riskli məhsullardan biri kartofdur. 120°C-dən yuxarı temperaturda qızardıldıqda tərkibindəki nişasta parçalanır və akrilamid adlı maddə yaranır. Bu maddə:
- sinir sisteminə zərər verir
- orqanizmdə yığıla bilir
- uzunmüddətli istifadədə onkoloji riskləri artırır
Qızartma nə qədər tünd və xırtıldayan olarsa, risk də bir o qədər artır.
Bolqar bibəri
Nazik qabığına görə tez yanır və bu zaman benzpiren adlı təhlükəli maddə yaranır. Bu maddə:
- kanserogen sayılır
- siqaret tüstüsündə və avtomobil qazlarında da olur
Yandırılmış bibərin tez-tez yeyilməsi iltihab riskini artırır.

Kabak
Kabaqda olan nitratlar yüksək temperaturda nitrozaminlərə çevrilə bilər. Bu maddələr:
- DNT-yə zərər verə bilər
- mutasiyalara səbəb ola bilər
Xüsusilə açıq odda qızartma zamanı risk daha da artır.
brokoli, gül kələmi və s.
Bu tərəvəzlər əslində çox faydalıdır, çünki tərkibində antioksidant və qoruyucu maddələr var. Amma güclü qızartma zamanı bu faydalı maddələr:
- parçalanır
- təsiri azalır
Ən yaxşı üsul:

- buxarda bişirmək
- yüngül qaynatmaq
- və ya çiy halda yemək (əgər həzm edirsənsə)
- Bəzi tərəvəzlər üçün bu, faydanı zərərə çevirə bilər
- Ən təhlükəsiz üsullar:
→ buxarda bişirmə
→ sobada yüngül bişirmə
→ qaynatma

