“Xəstə bina sindromu” iş yerində stressə orqanizmin reaksiyası ilə bağlı ola bilər, bunu terapevt Andrey Zvonkov izah edib.
Onun Veçernyaya Moskva nəşrinə açıqlamasına görə, “ofis allergiyası” adlandırılan vəziyyətin digər səbəbləri keyfiyyətsiz mebel, zəif havalandırma və divar boyasından yayılan buxarlar ola bilər.
Mütəxəssis qeyd edib ki, bu problem çox vaxt günün ortasına doğru baş ağrısı və başgicəllənmə ilə özünü göstərir. Bununla yanaşı, asqırma, öskürək və qaşınma kimi xoşagəlməz əlamətlər də müşahidə oluna bilər. Həkim həmçinin tez yorulma, başda duman hissi, ürəkbulanma və tənəffüs problemlərinin də mümkün olduğunu istisna etməyib.
Problemin qarşısını almaq üçün həkim ofis mühitində daha çox bitkilərin yerləşdirilməsini, havanın və işıqlandırmanın keyfiyyətinin yaxşılaşdırılmasını tövsiyə edib. Bundan əlavə, əməkdaşların məhsuldarlığı və rahatlığı üçün iş yerində səs səviyyəsinin azaldılması da vacib hesab olunur.

