"Əl tutmaq, İmam Əlidən (ə) qalıb". Dünyaya gözümüzü açandan böyüklərimizin dilindən məhz bu müqəddəs kəlamı eşitmişik. Bəli, hər bir insan imkan daxilində ətrafında yardıma ehtiyac duyanlara "əl tutmalı"dır. Redaksiyamıza müraciət edən ağır sinir xərçəngi İsayeva Alidə Ayaz qızının ailə üzvləri də xeyirsevər insanların yardımına ümid bəsləyir.
Den.az xəbər verir ki, əslən Ucar rayonunun Müsüslü kəndindən olan 34 yaşlı Alidə İsayeva uzun müddətdir ki, ağır formalı sinir xərçəngindən əziyyət çəkir. Azyaşlı övladları olan Alidə İsayevanın kimya terapiyası və müalicəsi üçün böyük məbləğdə pul vəsaiti tələb olunur. Lakin valideynlərini itirən gənc qadının və onun yaxınlarının bu qədər vəsaiti toplamağa maddi imkanları çatmır. Buna görə də, xeyirsevər və imkanlı şəxslərdən yardım istəyirlər.
İnanırıq ki, yardımsevər insanlar çarəsiz vəziyyətdə olan gənc qadına kömək edəcəklər. Unutmayaq ki, hər kəs imkanı çatan qədər məbləği göndərsə, bir insanın həyatını xilas etmək mümkün olar. Necə deyərlər, "damla-damla göl olur". Gəlin yetim qadını, azyaşlı övlad sahibi olan gənc ananı və ən əsası ağır xəstəlikdən əziyyət çəkən bir insanı darda qoymayaq.
Den.az
Xərçəng xəstəsi olan gənc qadın xeyirsevər insanlardan yardım istəyir - FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.