ABŞ səfiri Mark Libbi Azərbaycan Əlifbası və Dili Günü münasibətilə təbrik edib.
“Den.az” xəbər verir ki, bununla bağlı ABŞ səfirliyinin instaqram sosial şəbəkəsindəki hesabında videopaylaşım edilib.
Təbrik videosunda Azərbaycan dili üzrə biliklərini nümayiş etdirən amerikalı diplomat bu dili öyrənməyə Bakıya səfir təyin olunmazdan bir il əvvəl başladığını qeyd edib.
Bundan əlavə, ABŞ diplomatik missiyasının nümayəndələri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan dilinə həsr olunmuş şeirini səsləndiriblər.
Qeyd edək ki, avqustun 1-i respublikada Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur.
ABŞ səfirindən Azərbaycan dilində təbrik - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.