ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycanı təbrik edib.
“Den.az” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında videomesaj paylaşılıb.
Səfir yeni ildə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzulayıb:
“Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrin inkişafına dəyər verir, ortaq məqsədlər üçün birgə işlərin davam etdirilməsini böyük səbirsizliklə gözləyirik”.
Diplomat həmçinin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib:
“Nizami Gəncəvi deyirdi ki, ən çətin anlarda ümidini itirmə. Çünki ən qara buludlardan büllur yağış yağar. Azərbaycanlı ekipajın şücaəti də həqiqətən ruhlandırıcıdır. Bu mənə ümid verir. Bu həmin faciənin qara buludlarındakı böyük yağışdır”.
M.Libbi 2024-cü ildə Azərbaycan və Ermənistan arasında baş tutan danışıqlara da toxunub, sülh sazişinin imzalanacağına inamını ifadə edib:
“İnanıram ki, əlavə səy və siyasi cəsarətlə hər iki tərəf ləyaqətli və davamlı sülhü təmin edəcək sazişi imzalaya bilər. Belə bir saziş sülhü, sabitliyi, həm də bu regionda yaşayan xalqların rifahını təmin edəcək, bölgəni əsaslı şəkildə yaxşıya doğru dəyişəcək”.
ABŞ səfirindən Azərbaycan dilində təbrik - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.