23–27 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proses təhlükəsizlik qaydalarına tam əməl olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, eləcə də Ağdərə rayonu ərazisində yerləşən təlim mərkəzində aparılacaq.
Nazirlik partlayış səsləri ilə bağlı əhalini təşvişə düşməməyə çağırıb.
“Partlayış səsləri ilə əlaqədar narahatlığa heç bir əsas yoxdur”, — deyə məlumatda vurğulanıb.

