Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirli dünyasını dəyişib.
DenMedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, aprelin 30-da Bakıdakı Milli Onkologiya Mərkəzində partlayış baş verib. Hadisə mərkəzin Şüa-diaqnostika şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində qeydə alınıb. Partlayış zamanı xəstə Mübariz Əliyev hadisə yerində həyatını itirib.
Hadisə nəticəsində həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya edilmişdi.

